Hara gedirsən?!

1391883058-746

Deyirlər hər gözəldə var bir nöqsan,

Sən üzdə mələkdin, daxilən şeytan,

Məni sevdiyin də yalanmış yalan,

Yalan-palanla hara gedirsən?!

Bizi ancaq ölüm ayıracaqdı,

Vüsaldan gözümüz dolmayacaqdı,

Məhəbbət bağımız solmayacaqdı,

Əhdi-peymanla hara gedirsən?!

Səni əvvəlki tək sevən deyiləm,

Etdiyin hər naza dözən deyiləm,

İnan daha sənsiz ölən deyiləm,

Qəlbi sınanla hara gedirsən?!

Sevgim səninçün sınaq deyildi,

Qəlbim səninçün otaq deyildi,

Sən də mənimçün qonaq deyildin,

Köz tək yananla hara gedirsən?!

Qaranlıqda mənim çırağım idin,

Cətinlikdə arxam, dayağım idin,

Bəyəm, bir gecəlik qonağım idin?

Susmuş vicdanla hara gedirsən?!

Оставьте комментарий